Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Daimi nümayəndəliyin əməkdaşları tədbirdə iştirak edib

       Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşəbbüsü, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib.

Tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov, məktəblilər, valideynlər, pedaqoji heyət və digər qonaqlar iştirak edib.

Tədbirdə uşaq və gənclərin ifasında Naxçıvana həsr olunmuş ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib, mahnılar səsləndirilib.



05 dekabr 2024-cü il