Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Ulu öndərin anım günü geyd edilib

       Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin kollektivi ulu öndərin anım günü ilə əlaqədar Fəxri Xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə tər güllər qoyub.

Daimi Nümayəndəliyin kollektivi əməkdar elm xadimi, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı önünə tər güllər düzüb, əziz xatirəsinə ehtiramlarını ifadə ediblər.



10 dekabr 2024-cü il