19 noyabr 2015-ci il tarixində Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov və baş məsləhətçisi Məhərrəm Lətifov Nəriman Nərimanovun xatirə muzeyini ziyarət etmişdirlər.
Yeni Azərbaycan Partiyası ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsində böyük işlər görmüşdür.
19 noyabr 2015-ci il tarixində Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində Yeni Azərbaycan Partiyasının yaranmasının 23-cü ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.
Naxçıvanın Bakıdakı nümayəndəliyində Dövlət Bayrağı Günü qeyd edilmişdir.
Tədbiri açan Nümayəndəliyinin Rəhbəri Bəxtiyar Əsgərov müstəqil Azərbaycanın bayrağının yaranma tarixi, ona verilən önəm və 9 noyabr tarixinin Dövlət Bayrağı Günü kimi qeyd edilməsinin əhəmiyyəti haqqında danışmışdır.
“Naxçıvan bayraqları” kitabının təqdimatı olmuşdur.
6 noyabr 2015-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində bu müəssisənin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlovun “Naxçıvan bayraqları” kitabının təqdimatı olmuşdur.
22 iyul 2015-ci il tarixində Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Milli Mətbuat Günü ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbirdə çıxış edən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov milli mətbuatımızın yubileyi münasibətilə jurnalistləri təbrik etmişdir, ölkəmizdə bu şərəfli peşə sahiblərinə dövlət qayğısından söz açmışdır.
Ulu öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə hakimiyyətə gəlişi ölkəmizin qurtuluş tarixinin başlanğıcıdır!
14 iyul 2015-ci il tarixində Ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 46-cı ildönümü Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində qeyd edilmişdir.
25 iyun 2015-ci il tarixində Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Silahlı Qüvvələr Günü ilə əlaqədar tədbir keçirilmişdir
Tədbirdə çıxış edən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov ordumuzun şanlı tarixindən, onun yaradılmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən danışmışdır.
12 iyun 2015-ci il tarixində Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində 15 iyun - Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirilmişdir.
Daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov tədbirdə çıxış edərək gündən-günə çiçəklənən, müasirləşən, böyük tarixi inkişaf yolunda olan Azərbaycanın hər yerində Milli Qurtuluş Gününün 22-ci ildönümünün mühüm bayram təntənəsi ilə qeyd edildiyini bildirmişdir.
Daimi nümayəndəliyinin kollektivi Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.