9 fevral 2015-ci il tarixində Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyində Naxçıvan Muxtar Respublikasının yaradılmasının 91 illiyi münasibətilə tədbir keçirilmişdir.
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyində fevral ayının 9-da Naxçıvan Muxtar Respublikasının yaradılmasının 91 illiyi münasibətilə tədbir keçirilib. Tədbirdə çıxış edən Daimi Nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov Azərbaycanın qədim bölgəsi Naxçıvan tarixən çətin sınaqlarla dolu mürəkkəb və eyni zamanda şərəfli bir yol qət etdiyini qeyd edib. Naxçıvanın Azərbaycanın ayrılmaz hissəsi olduğunu deyən Bəxtiyar Əsgərov muxtar respublikanın yaradılmasının tarixi zəruriətdən irəli gəldiyini diqqətə çatdırıb. Çoxəsrlik dövlətçilik ənənələri olan bu diyar həmişə xalqımızın zəngin mədəni irsini layiqincə yaşatmış, yetirdiyi çox sayda görkəmli elm xadimləri, sənətkarları, tarixi şəxsiyyətləri ilə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol oynamışdır. Naxçıvan əhalisinin milli istiqlal ideyalarına bağlılıq nümayiş etdirərək dövlət müstəqilliyimizin bərpası, qorunub saxlanılması və möhkəmləndirilməsində müstəsna xidmətləri vardır. Bu gün yüksək potensiala malik muxtar respublika bütün dövlət proqramlarını, infrastruktur layihələrini böyük uğurla həyata keçirməsi sayəsində ölkədə dinamik inkişaf xəttinə uyğun, fasiləsiz aparılan irimiqyaslı quruculuq, abadlıq işlərinin fəal iştirakçısıdır. Naxçıvan hazırda mötəbər beynəlxalq tədbirlərin təşkil olunduğu məkana çevrilmişdir. Çıxışı zamanı onu da əlavə etdi ki, ötən il Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyi təntənəli şəkildə qeyd olunub: “Bildiyiniz kimi, 2014-cü il Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən muxtar respublikada “Muxtariyyət ili” elan olunub. Azərbaycan Respublikasının Prezidenti “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında” 2014-cü il yanvarın 14-də Sərəncam imzalayıb. Həmin Sərəncamın icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 17 yanvar tarixli Sərəncamı il’ “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı” təsdiq olunub”. Daimi Nümayəndəliyin rəhbəri ötən il nəinki Azərbaycanda hətta vətəndən kənarda da Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi ilə bağlı bir sıra silsiləli şəkildə tədbirlərin keçirildiyini də diqqətə çatdırdı. Hazırda 91 illiyini qeyd edən Naxçıvan muxtariyyət tarixinin ən şanlı və əlamətdar dövrünü yaşayır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Bu gün Naxçıvanın gələcək inkişafı ilə bağlı əlavə sözlərə ehtiyac yoxdur. Çünki bütün işlər burada ən yüksək səviyyədə görülüb”.
9 fevral 2015-ci il tarixində Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyində Naxçıvan Muxtar Respublikasının yaradılmasının 91 illiyi münasibətilə tədbir keçirilmişdir.
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyində 20 Yanvar faciəsinin anım mərasimi keçirilmişdir
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyində 20 Yanvar faciəsinin 25-ci il dönümünə həsr olunmuş anım mərasimi keçirilib. Mərasimdə çıxış edən Daimi Nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov xalqımızın qəhrəmanlıq tarixində xüsusi iz qoymuş 20 Yanvar həqiqətlərindən söz açıb. O, qeyd edib ki, 20 yanvar faciəsi Azərbaycan xalqının tarixinə qəhrəmanlıq salnaməsi kimi yazılıb: “Hər bir xalqın tarixində həm faciəli məqamlar, həm də qəhrəmanlıq səhifələri olur. Çox nadir hallarda bu iki məqam üst-üstə düşür. Azərbaycan xalqı məhz 1990-cı ilin Qanlı Yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı. O faciəvi gecədə Azərbaycan xalqı sınağa çəkildi. 20 Yanvar faciəsi, eyni zamanda həm ümümxalq faciəsi, həm də müstəqillik, istiqlal uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olundu. Ümummilli lider Heydər Əliyevin söylədiyi kimi, bu təcavuz xalqımızı mənəvi cəhətdən çox sarsıtsa da, itkilərə məruz qoysa da, onun mənliyini tapdalaya bilmədi, qururunu sındıra bilmədi, bu tarix qəhrəmanlıq salnaməsinə yeni bir səhifə kimi yazıldı. Tariximizin bu səhifəsi imperiya güllələrinin səsi ilə acılsa da, şəhidlərimizin qanı ilə yazıldı. Dövlət rəsmisi qeyd edib ki, 1993-cü ildə ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar faciəsinin baş vermə səbəblərini araşdırdı və bir sıra mühüm tədbirlər həyata keçirdi. Heydər Əliyev 1993-cü ilin iyununda ilk olaraq Şəhidlər Xiyabanını ziyarət etdi. Və elə yerindəcə tapşırıq verdi ki, qısa müddətdə bütün şəhid məzarlarının üstü götürülsün və burada memorial kompleks ucaldılsın. Bunun üçün dövlət səviyyəsində lazımi vəsait ayrıldı və bu iş qısa zamanda başa çatdırıldı. Məhz ulu öndərin sərəncamı ilə 20 Yanvar Ümumxalq hüzn günü elan olundu. Bakıda Vətən şəhidlərinə böyük ehtiramla xatirə kompleksi ucaldıldı. Şəhidlər Xiyabanı xalqımızın müqəddəs and yerinə, ziyarətgahına çevrildi. Hazırda bu siyasət Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Dövlət rəsmisi qeyd edib ki, ölkəmizdə müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub: “ Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmləndirilir. Ölkənin iqtisadi vəziyyətinin yüksəlməsi özünü bu qəbildən olan insanların həyat və məişətində daha qabarıq göstərir. Bu gün xalqımız 20 Yanvar hadisələrinin 25-ci ildönümünü qeyd edir, igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edirik. Bu qədirbilənlik həm də o deməkdir ki, az keçməyəcək Qarabağda da eyni mətinliklə Qələbə qazanacağıq. Bu qələbəyə həm də Azərbaycanın bugünkü hərtərəfli uğurları, bütün dünyada gündən-günə artan nüfuzu, Dövlət Başçımız, Ali Baş Komandan, Prezident İlham Əliyevin bu istiqamətdə qətiyyətli addımları da zəmanət verir”.
19 yanvar 2015-ci il tarixində Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyində 20 Yanvar faciəsinin 25-ci il dönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir.
15 dekabr 2015-ci il tarixində Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyində rəhbər cənab Bəxtiyar Əsgərov KKTC-nin Bakı Təmsilçisi cənab Sadettin Topuqçu ilə görüşmüşdür.
10 dekabr 2014-cü il tarixində Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin kollektivi Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə tər güllər düzülüb.
10 dekabr 2014-cü il tarixində Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin kollektivi ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir.
21 noyabr 2014-cü il tarixində Yeni Azərbaycan Partiyasının yaradılmasının 22-ci ildönümü ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində tədbir keçirilmişdir.
Ötən 22 ildə şərəfli yol keçən YAP möhtəşəm siyasi, iqtisadi uğurlara imza atıb
21 noyabr 2014-cü il tarixində Yeni Azərbaycan Partiyasının yaradılmasının 22-ci ildönümü ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində tədbir keçirilmişdir.
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin kollektivi 9 noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar Dövlət Bayrağı Meydanında olub. Nümayəndəliyin kollektivinə Dövlət Bayrağı Meydanı haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə Sərəncam imzalayıb. Hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.
6 noyabr 2014-cü il tarixində Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov və Nümayəndəliyin əməkdaşları Dövlət Bayrağı günü münasibətilə Dövlət Bayrağı Meydanı Kompleksini və Kompleksin Muzeyini ziyarət etmişlər.
Bakı Dövlət Universitetində Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyinə həsr olunmuş tədbirdə bu qədim diyarın zəngin tarixindən, müxtəlif inkişaf mərhələlərindən danışılıb.
29 oktyabr 2014-cü il tarixində Bakı Dövlət Universitetində Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyinə həsr olunmuş tədbirdə bu qədim diyarın zəngin tarixindən, müxtəlif inkişaf mərhələlərindən danışılmışdır.
08 MAY 2024
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub.
Daimi nümayəndəliyinin kollektivi Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.