Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər, təqdimatlar, sərgilər davam etməkdədir. Keçirilən tədbirlər bizim bu qədim diyarı yaxından tanımağımıza, onu yenidən “kəşf” etməyimizə imkan yaradır. Bu təqdimatların hər birində Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının milli dövlətçilik tariximizin, elmi, ədəbi-mədəni irsimizin formalaşmasında, zənginləşməsindəki mühüm rolu xüsusi olaraq diqqətə çatdırılır. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanaraq oktyabrın 22-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında təqdim olunan “Naxçıvan Muxtar Respublikası-90” adlı kitab-albom da bu cəhətdən təqdirəlayiqdir.
22 oktyabr 2014-cü il tarixində Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinə həsr olunmuş daha bir tədbir keçirilmişdir.
Əsgərov Bəxtiyar Hüseynalı oğlu Naxçıvan Muxtar Respublikası Bakı Şəhəri Daimi Nümayəndəliyinin Rəhbəri
Çətin sənət olaraq qəbul edilən siyasi idarəetmə və idarəçilik mədəniyyəti haqqında danışılarkən dünya siyasi tarixində istinad ediləcək yeganə ünvan böyük siyasi xadim Heydər Əliyev və onun təkrarolunmaz həyat və fəaliyyətidir. Bu bir həqiqətdir ki, Azərbaycanın müstəqil, hərtərəfli zəngin, dinidözümlü və mədəni, eyni zamanda, təcavüzə, işğala məruz qalmış dövlət olaraq dünyaya təqdim olunması prosesi məhz böyuk Heydər Əliyevin sayəsində azı 20 il tez baş vermişdir.
8 Avqust 2014-cü il tarixində Naxçıvan Muxtar Respublikası Bakı şəhəri Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab İsmayıl Alper Coşkunla görüşmüşdür.
8 Avqust 2014-cü il tarixində Naxçıvan Muxtar Respublikası Bakı şəhəri Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab İsmayıl Alper Coşkunla görüşmüşdür.
Ümummilli Liderimiz Heydər Əliyevin siyasi hakimiyyətə gəlişindən 45 il ötür. Azərbaycan tarixində və taleyində müstəsna yerə malik böyük şəxsiyyət Ümummlli Liderimiz Heydər Əliyevin siyasi hakimiyyətə gəlişindən 45 il ötür. Bu münasibətlə respublikamızın hər bir guşəsində, eyni zamanda, Naxçıvan Muxtar Respublikasında da bir sira tədbirlər həyata keçirilməkdədir.
İyunun 13-də Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyində 15 İyun – Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilmişdir.
İyunun 5-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyəti Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr edilmiş “Beynəlxalq münasibətlərdə Naxçıvan və müasir dövrdə inkişaf prosesləri” mövzusunda Beynəlxalq elmi konfrans keçirmişdir.
Mayın 12-də Bakı Biznes Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının (MR) yaradılmasının 90 illik yubileyinə həsr olunmuş sərgi açılmışdır.
May ayının 8-də Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyinin inzibati binasında Heydər Əliyevin 91- illik yubileyi ilə əlaqədar "Heydər Əliyev və Naxçıvan"mövzusunda dəyirmi masa keçirilmişdir.
24 aprel 2014-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası və Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyinin birgə həyata keçirdiyi "Naxçıvan Muxtar Respublikası" portalının yenilənmiş və ingilis dilində versiyalarının təqdimatı keçirilmişdir.
08 MAY 2024
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub.
Daimi nümayəndəliyinin kollektivi Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.