Bakıda ISESCO üzrə Azərbaycan Milli Komissiyasının növbəti iclası keçirilmişdir
22 dekabr 2017-cı il tarixində Bakı Biznes Mərkəzində İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının ikinci iclası keçirilmişdir.
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyində görüş keçirilmişdir
22 dekabr 2017-cı il tarixində Türkiyə Cumhuriyyətinin Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli Səfiri cənab Erkan Özoral Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərovla görüşmüşdür.
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyində görüş keçirilmişdir
20 dekabr 2017-cı il tarixində İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu cənab Mansour Ayrom Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərovla görüşmüşdür.
Qətər Dövlətinin Milli bayramı münasibətilə tədbir keçirilmişdir
14 dekabr 2017-cı il tarixində Qətər Dövlətinin Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli Səfiri cənab Yusif Əl Saainin dəvətilə nümayəndəliyin rəhbəri cənab Bəxtiyar Əsgərov bu ölkənin Milli bayramı münasibətilə təşkil olunmuş rəsmi qəbulda iştirak etmişdir.
13 dekabr 2017-cı il tarixində Qazaxıstanın Azərbaycanda fövqəladə və səlahiyyətli Səfiri cənab Beybit İsabayevin dəvətilə Nümayəndəliyin rəhbəri cənab Bəxtiyar Əsgərov bu ölkənin Müstəqillik Günü münasibətilə təşkil olunmuş rəsmi qəbulda iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyində görüş keçirilmişdir
13 dekabr 2017-cı il tarixində Peru Respublikasının Azərbaycan Respublikasındakı Müvəqqəti İşlər Vəkili cənab Luis Chang Boldrini Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərovla görüşmüşdür.
Daimi nümayəndəliyinin kollektivi Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.