Şair-dramaturq Ramiq Muxtarın 75 illik yubileyi qeyd edilmişdir
11 dekabr 2017-cı il tarixində daimi nümayəndəliyin rəhbəri cənab Bəxtiyar Əsgərov R.Behbudov adına Azərbaycan Mahnı Teatrında Prezident təqaüdçüsü,Gürcüstan Respublikasının "Şərəf" ordeni ilə təltif edilmiş şair-dramaturq Ramiq Muxtarın 75 illik yubileyində iştirak etmişdir.
11 dekabr 2017-cı il tarixində daimi nümayəndəliyin rəhbəri cənab Bəxtiyar Əsgərov Polşa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli Səfiri cənab Marek Tsalkanın dəvətilə bu ölkənin Səfirliyinə gəlmişdir.
Birləşmiş Ərəb Əmirliklərinin Milli Günü qeyd olunmuşdur
5 dekabr 2017-cı il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli Səfiri cənab Mohamad Al Qubaisinin dəvətilə Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov bu ölkənin Milli Günü münasibətilə təşkil edilmiş rəsmi qəbulda iştirak etmişdir.
Naxçıvan dialektoloji atlası"nın təqdimat mərasimi keçirilmişdir
30 noyabr 2017-cı il tarixində AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu tərəfindən hazırlanmış "Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası"nın Milli Elmlər Akademiyasında təqdimat mərasimi keçirilmişdir.
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyində görüş
28 noyabr 2017-cı il tarixində Fələstin dövlətinin Azərbaycanda fövqəladə və səlahiyyətli Səfiri cənab Nasser Abdul Kareem Abdul Raheem Bakı şəhərində Naxçıvan MR-ın daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərovla görüşmüşdür.
Latviyanın müstəqilliyinin 99-cu ildönümü qeyd edilmişdir
24 noyabr 2017-cı il tarixində Latviyanın Azərbaycanda fövqəladə və səlahiyyətli Səfiri cənab Yuris Maklakovsun dəvətilə Nümayəndəliyin rəhbəri cənab Bəxtiyar Əsgərov bu ölkənin müstəqilliyinin 99-cu ildönümü münasibətilə təşkil olunmuş rəsmi qəbulda iştirak etmişdir.
Daimi nümayəndəliyinin kollektivi Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.