Araz Türk Respublikası 1918-ci ilin 3 noyabrında yaranmışdır. Bundan bir qədər əvvəl erməni daşnaklarının silahlı dəstələri Naxçıvanda qırğınlar törətmişlər. Belə bir vaxtda Bakı daşnak-ların və eserlərin əlində olduğu üçün Naxçıvan Milli Komitəsi Türkiyədən kömək istədi. Türkiyə Xəlil bəyin başçılığı ilə türk qoşunlarını Naxçıvanın köməyinə göndərdi. Paytaxtı Naxçıvan şəhəri olan bu respublikanın ərazisi 16.000 km2 -ə, əhalisi isə 1 milyon nəfərə yaxın idi. Hüdudları Naxçıvan, Şərur - Dərələyəz, Ordubad qəzalarını, habelə Sərdarabad, Uluxanlı, Vedibasar, Qəmərli, Meğri və başqa regionları əhatə edirdi.
Respublikanın idarəetmə tərkibi belə idi: sədr – Əmir bəy Zamanbəyzadə, hərbi nazir-İbrahim bəy Cahangirzadə, maliyyə naziri- Qəmərəli bəy Bənənyarlı, kənd təsərrüfatı naziri – Bağır bəy Rzazadə, ədliyyə naziri – Məmməd Bəyzadə, xarici işlər naziri – Həsən bəy Şərifzadə, şeyxülislam – Mirzə hüseyn Vaizi İrəvanlı və müfti – Xoca Əkid əfəndi
Respublikanın mərkəzi hökumət orqanı kimi hökümətxana yaradıldı, onun tərkibinə əsasən Milli Şuranın üzvləri daxil oldular. Bundan başqa Araz-Türk Respublikasının Parlamenti yaradıldı, lakin Parlament fəaliyyətini genişləndirə bilmədi.
Respublika ərazisində milis idarələri və onların sahə şöbələri yaradıldı. Burada əsas diqqət hərbi quruculuğa verilirdi. Bunun üçün də türk komandanlığı Xəlil bəyi respublika hökuməti yanında daimi hərbi müşavir təyin etmişdi. Bundan əlavə türklər burada 300 əsgər və 5 zabit qoyub getmişdilər. Silahlı qüvvələrin tərkibində cəmiyyətin bütün təbəqələrindən, o cümlədən xanlar, bəylər, tacir uşaqları, kəndlilər xidmət edirdilər. 1919-cu il dekabrın əvvəlində respublikanın silahlı dəstələri bir neçə taborda birləşmişdilər. Baş Noraşen, Düdəngə və Zeyvədə yerləşən taborlara Fətulla Hüseynov, Şərurda, Sədərəkdə yerləşən digər taborlara Həsən Şahverdi oğlu komandanlıq edirdi.
Erməni genosidindən xilas olan qaçqınlar böyük bir axınla Ermənistandan Araz-Türk Respublikasına gəlirdilər. 1919-cu ilin yanvarında onların sayı 100 min nəfərə çatmışdı. Araz-Türk Respublikası hökumətinin məlumatına görə bütün bunların nəticəsində “burada əhalisi ancaq müsəlmanlardan ibarət olub sayı 500 min nəfərə çatan ərazi yaranmışdı”.
Naxçıvanda müstəqil respublikanın yaranması daşnak bölgə-lərinin möhkəm qəzəbləndirmişdi. 1918-ci ilin dekabrında Ermə-nistan Respublikası Araz-Türk Respublikasına qarşı geniş miqyaslı təcavüzə başladı və bunun nəticəsi olaraq Araz Türk Respublikası üç ay da yaşamadı. Amma bu qısa müddətdə yerli azərbaycanlıların düşmənə qarşı mübarizədə birləşməsində mühüm rol oynadı.
1919-cu ilin yanvarında Naxçıvan ingilislər tərəfindən işğal edildi. Bölgədə ingilis general-qubernatorluğu elan edildi və və bununla da Araz Türk Respublikası süquta uğradı.
08 MAY 2024
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub.
Daimi nümayəndəliyinin kollektivi Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.