Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin 2010-cu il 21 aprel tarixli 198 - III FR nömrəli Fərmanı ilə təsdiq edilmişdir
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində
Daimi Nümayəndəliyi haqqındaƏSASNAMƏ
ı. Ümumi müddəalar
1. Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi-nin 1992-ci il 24 fevral tarixli 139- XII nömrəli qərarı ilə yaradılmışdır.
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyi (bundan sonra – Daimi Nümayəndəlik) Naxçıvan Muxtar Respublikası ilə Azərbaycan Respubli-kasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının nazirlikləri, dövlət komitələri və digər mərkəzi icra haki-miyyəti orqanları (bundan sonra Azərbaycan Respubli-kasının müvafiq dövlət orqanları) arasında gündəlik əlaqə-lərin təmin edilməsini həyata keçirən dövlət orqanıdır.
2. Ləğv edilib.
3. Daimi Nümayəndəlik öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını və qanunlarını, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədirinin fərman və sərəncamlarını, Azərbaycan Respub-likası və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və bu Əsəsnaməni rəhbər tutur.
4. Daimi Nümayəndəlik müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, bank hesabla-rına, üzərində dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.
5. Daimi Nümayəndəliyin saxlanma xərcləri və fəailiyyəti dövlət büdcəsi hesabına maliyyələşdirilir.
6. Daimi Nümayəndəlik Bakı şəhərində yerləşir.
II. Daimi Nümayəndəliyin fəaliyyət istiqamətləri
7. Daimi Nümayəndəliyin fəaliyyət istiqamətləri aşağıdakı-lardır:
7.1. Naxçıvan Muxtar Respublikası ilə Azərbaycan Respubli-kasının müvafiq dövlət orqanları arasında əlaqələri təmin edir;
7.2. Azərbaycan Respublikasının müvafiq dövlət orqanla-rında Naxçıvan Muxtar Respublikasına aid sosial-iqtisadi inkişaf və material-texniki təchizat proqramlarının, dövlət büdcəsinin və digər məsələlərə dair layihələrin hazırlan-masında və baxılmasında iştirak edir;
7.3. Naxçıvan Muxtar Respublikasının elmi müəssisələri, yaradcılıq və digər ictimai təşkilatları ilə Azərbaycan Respublikasının müvafiq müəssisə və təşkilatları arasında əlaqə-lərin yaradılmasında və genişləndirilməsində iştirak edir;
7.4. Naxçıvan Muxtar Respublikasında təsərrüfat və sosial mədəni quruculuqda əldə edilmiş naliyyətlərin təbliğinə yönəlmiş tədbirlərin (sərgilər, ekspozisyalar, mühazirələr, kinofilmlərin nümayişi, yaradıcılıq kollektivlərinin çıxışları) təşkilinə və keçirilməsinə köməklik edir;
7.5. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı və ictimai–mədəni prosesləri haqqında kütləvi informasiya vasitələrinə məlumat verir;
7.6. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.
III. Daimi Nümayəndəliyin vəzifələri
8. Daimi Nümayəndəlik aşağıdakı vəzifələri yerinə yetirir:
8.1. Azərbaycan Respublikasının müvafiq dövlət orqanla-rında Naxçıvan Muxtar Respublikasının müvafiq dövlət orqanları tərəfindən irəli sürülmüş məsələlərə baxılmasında, Naxçıvan Muxtar Respublikasına aid proqram, qərar və sərəncamların layihələrinin hazırlanmasında iştirak etmək;
8.2. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin tapşırığı əsasında muxtar respublikanın təsərrüfat, sosial - mədəni və digər məsələləri haqqında məlumatları Azərbaycan Respub-likasının müvafiq dövlət orqanlarına təqdim etmək;
8.3. Azərbaycan Respublikasının müvafiq dövlət orqanla-rında Naxçıvan Muxtar Respublikasına aid qərar layihələri və nəzərdə tutulan tədbirlər haqqında, Naxçıvan Muxtar Respublikası tərəfindən irəli sürülən məsələlərin Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarında baxılması vəziyyəti haqqında və Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının qərar layihələri üzrə təkliflərinə muxtar respublikanın müvafiq dövlət orqanlarında baxılmasının nəticələri haqqında aidiyyəti üzrə müntəzəm məlumat vermək;
8.4. Naxçıvan Muxtar Respublikasına aid məsələlər üzrə qəbul edilmiş normativ aktların Azərbaycan Respublikasında yerinə yetirilməsi vəziyyəti haqqında məlumat vermək və operativ əlaqəni həyata keçirmək;
8.5. Naxçıvan Muxtar Respublikasının elm, təhsil, yaradıcılıq təşkilatları və digər ictimai qurumları ilə Azərbaycan Res-publikasının müvafiq qurumları arasında əlaqələrin yaradılması və genişləndirilməsinə, muxtar respublikanın sosial–iqtisadi, mədəni həyatı ilə bağlı tədbirlərin təşkilinə və keçirilməsinə köməklik etmək;
8.6. Naxçıvan Muxtar Respublikasından Bakı şəhərinə ezam edilmiş şəxslərə xidməti tapşırıqların yerinə yetirilməsində köməklik etmək;
8.7. Naxçıvan Muxtar Respublikasından olan tələbə və magistrlərlə əlaqələr saxlamaq, təhsillərinin müvəffəqiyyətlə başa vurulmasında və arzu edərlərsə, muxtar respublikaya işləməyə göndərilməsində onlara lazımi köməklik göstər-mək;
8.8. öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasında fəaliyyət göstərən müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin müvafiq qurumları ilə əməkdaşlıq etmək və onların nümayəndələrinin Naxçıvan Muxtar Respublikasına səfərlərinə köməklik etmək;
8.9. Naxçıvan Muxtar Respublikasında sosial–iqtisadi inkişaf, ictimai–mədəni proseslər haqqında kütləvi informasiya vasitələrinə məlumat vermək;
8.10. Daimi Nümayəndəliyin fəaliyyəti ilə bağlı daxilolan ərizə və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;
8.11. qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
IV. Daimi Nümayəndəliyin hüquqları
9. Daimi Nümayəndəlik öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
9.1 Azərbaycan Respublikasının müvafiq dövlət orqanları ilə bilavasitə əlaqə yaratmaq;
9.2. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin tap-şırığı üzrə təkliflərlə Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarına müraciət etmək;
9.3. Azərbaycan Respublikasının müvafiq dövlət orqan-larının muxtar respublikaya aid qərar layihələrinə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi və ya aidiyyəti üzrə müvafiq dövlət orqanları ilə razılaşdırılmış rəy vermək;
9.4. Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respubli-kasının müvafiq dövlət orqanlarından zəruri məlumatlar (sənədləri) almaq;
9.5. zərurət olarsa,irəli sürülmüş məsələlərin baxılmasına Naxçıvan Muxtar Respublikasının müvafiq dövlət orqan-larının mütəxəssislərini cəlb etmək;
9.6. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
V. Daimi Nümayəndəliyin fəaliyyətinin təşkili
10. Daimi Nümayəndəliyin rəhbəri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir. O, Daimi Nümayəndəliyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqlarının həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
11. Daimi Nümayəndəliyin rəhbərinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavini vardır. Müavin ona Daimi Nümayəndəliyin rəhbəri tərəfindən həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyır.
12. Daimi Nümayəndəliyin strukturu və ştat cədvəli Naxçıvan Muxtar Respublikasının Ali Məclisi ilə razılaş-dırılmaqla Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
13. Daimi Nümayəndəliyin rəhbəri:
13.1. Daimi Nümayəndəliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
13.2. bu Əsasnamə ilə müəyyən olunmuş qaydada Naxçıvan Muxtar Respublikası üzrə məsələlərə baxılmasında Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının iclaslarında iştirak edir;
13.3. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi ilə razılaşdırmaqla Daimi Nümayəndəliyin işçilərini vəzifəyə təyin vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;
13.4. öz səlahiyyəti daxilində əmrlər verir, onların icrasını təşkil edir;
13.5. müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Daimi Nümayəndəliyin strukurunu, ştat cədvəlini və xərclər smetasını təsdiq edilmək üçün aidiyyəti üzrə təqdim edir;
13.6. Daimi Nümayəndəliyin xərclər smetasına uyğun olaraq ona ayrılmış vəsaitin istifadəsinə sərəncam verir;
13.7. bütün dövlət orqanları, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslərlə münasibətlərdə Daimi Nümayəndəliyi təmsil edir;
13.8. Daimi Nümayəndəliyin fəaliyyəti barədə mütəmadi olaraq aidiyyəti üzrə hesabat verir;
13.9. ona həvalə olunmuş digər səlahiyyətləri yerinə yetirir.